"Çelsi"nin müdafiəçisi Tyaqo Silva Braziliya millisindən tanıdığı komanda yoldaşı olan Neymarla görüşüb.
Newsport.az-ın məlumatına görə, Tyaqo Neymarın PSJ-dən "Çelsi"yə keçməsi üçün onunla görüşüb və razılığını almağa çalışıb:
"Neymar "Çelsi"yə keçməlidi. Bu, onun üçün də gözəl variant olardı. Hələ ki, heç nə bilmirəm. Ümidvaram ki, bu transfer baş verəcək".