“Barselona” keçmişdə qalıb” Kuman

“Barselona”nın sabiq baş məşqçisi Ronald Kuman komandanın oyununu tənqid edib.

Newsport.az xəbər verir ki, niderlandlı mütəxəssis “Esport3”ə açıqlamasında Kataloniya klubunun oyun sistemi baxımından keçmişdə qaldığını deyib: 

"Oyuna diqtə etməyin tərəfdarıyam. Üç stoper və beş müdafiəçi ilə oynayırsansa, bunun müdafiə sistemi olduğunu demək olmaz. Bu sistemlə üç-dörd ay ərzində son illərin ən yaxşı oyunlarını göstərdik. Ən bariz nümunə "Atletik"lə oyunumuz idi.
İndiki "Barselona” keçmişlə yaşayır. 4-3-3-dən tiki-takaya qədər hamısı keçmişdə qalıb. Futbol dəyişib, indi daha sürətli oyuna və fiziki gücə əsaslanır. Keçmişlə yaşaya bilməzsən".

Qeyd edək ki, Ronald Kuman “Barselona”nı 2020-2021 mövsümündə çalışdırıb. Ötən ilin yayında istefaya göndərilən mütəxəssisi komandanın digər sabiq oyunçusu Xavi Ernandes əvəzləyib. 

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right