Nazir Çempionlar Liqasının finalındakı insidentə görə üzr istəyib

Fransanın xarici işlər naziri Jerald Darmanen UEFA Çempionlar Liqasının final oyununun təşkilatçılığına görə üzr istəyib.

Newsport.az xəbər verir ki, nazir RTL-ə açıqlamasında İspaniyanın "Real Madrid" və İngiltərənin "Liverpul" komandaları arasında öynanılmış həlledici matçı daha yaxşı keçirməli olduqlarını etiraf edib.

Darmanen qarşılaşma zamanı baş vermiş bütün insidentlərə görə məsuliyyət daşıdığını bildirib.

Qeyd edək ki, "kral klubu"nun 1:0 hesablı qələbəsi ilə başa çatmış oyundan öncə britaniyalı azarkeşlər görüşün keçirildiyi “Stad de Frans”a biletsiz və ya saxta biletlə girməyə cəhd ediblər. Bundan sonra təhlükəsizlik xidmətinin əməkdaşları ilə fanatlar arasında çaxnaşma baş verib.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah