Mahirin komandası Sloveniyada ikinci oyuna çıxır

Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi "Dinamo" (Zaqreb) bu gün yoxlama oyununa çıxacaq. 

Newsport.az xəbər verir ki, Xorvatiyanın son çempionu Sloveniyanın 2-ci liqasında mübarizə aparan "Nafta" ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

"Dinamo" görüşün afişasında millimizin futbolçusunun fotosunu yerləşdirib.

Xatırladaq ki, Zaqreb klubu Sloveniyadakı ilk yoxlama matçında Şimali Makedoniya təmsilçisi "Şkendiya"ya 3:0 hesabı ilə qalib gəlib.  Qolları Josip Drmiç, Komnen Andriç və Bruno Petkoviç vurub. Emreli hemin matçın əsas heyətində yer alıb və ikinci hissədə əvəzlənib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right