Foden sevgilisi ilə dalaşdı

"Mançester Siti"nin futbolçusu Fil Foden tətildə olarkən sevgilisi Rebekka Kuk ilə mübahisə edib. 

Newsport.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. İnternetdə Fodenin iki övladının anası olan Rebekkanın ona “Sən məni axmaq hesab edirsən?” dediyini əks etdirən video yayılıb. Münaqişə Korfu çimərliyində digər istirahət edənlərin gözü qarşısında baş verib. Kukun dənizdə çimərkən futbolçunun telefonundan istifadə etdiyi bildirilir. Daha sonra cütlük dalaşıb.

Onlar  mühafizənin müşayiəti ilə çimərliyi tərk etməli olub. Şahidlərin sözlərinə görə, Rebekka Fodenə deyib : "Biz səninlə heç yerə gedə bilmərik, çünki bu mübahisələr həmişə olur."

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right