Məşhur futbolçu Azərbaycandan təklif alıb

Braziliyalı hücumçu Vaqner Lav Azərbaycanda oynaya bilər.

Newsport.az-ın məlumatına görə, 38 yaşlı forvard ölkəmizdən təklif alıb. Bu barədə 38 yaşlı forvardın meneceri Evandro Ferreyra açıqlama verib. O, futbolçuya Türkiyə, Azərbaycan və Braziliyadan təkliflər olduğunu deyib.

Son klubu Danimarka "Midtyulland"ı olan təcrübəli futbolçu hazırda azad agentdir.

Qeyd edək ki, Vaqner Lav karyerası ərzində ÇSKA, "Monako", "Korintians", "Palmeyras", "Kayrat", "Beşiktaş", "Alanyaspor" kimi klublarda çıxış edib. O, 26 dəfə Braziliya millisinin şərəfini qoruyub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right