"Qarabağ" - "Lex" oyununun biletləri satışa çıxarıldı

UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Qarabağ" Bakıda Polşa "Lex"inə qarşı keçirəcəyi cavab oyunu üçün biletləri satışa çıxarılıb.

Newsport.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, qiymətlər sektorlara uyğun olaraq 5, 10, 20 və 50 manat təşkil edir.

Biletləri "Iticket.az"ın satış məntəqələrindən (11:00-dan 20:00-dək) və onlayn şəkildə, həmçinin, Ağdam təmsilçisinin Park Bulvardakı fan-şopundan (11:00-dan 20:00-dək), matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə etmək olar. Mərkəzi arenanın kassalarında bilet satışı bu gün saat 15:00-da başlayacaq və 20:00-dək davam edəcək. Digər satış günləri isə 10:00-dan 20:00-dək olacaq.

Qeyd edək ki, iyulun 12-də oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Komandalar arasında ilk görüş isə iyulun 5-də Poznanda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right