"Neftçi"nin rəqibi Portuqaliyadan futbolçu transfer etdi

Avropa Konfrans Liqasının II təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Aris heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, Limassos təmsilçisi Portuqaliyanln "Farense" klubu ilə müqaviləsi başa çatan Mixlali Samson Mayambelanı rənglərinə bağlayıb. Bu barədə Kipr klubunun rəsmi saytı məlumat yayıb.

26 yaşlı cənubi afrikalı vingerlə imzalanan müqavilənni detalları haqda məlumat verilməyib.

Mixlali Samson Mayambela başa çatan mövsümdə "Farense"nin heyətində meydana çıxdığı 28 matçda 4 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right