Millimizin hücumçusu İran klubuna keçdi

"Sumqayıt"la müqaviləsi başa çatan Əli Qurbaninin yeni klubu müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, 32 yaşlı forvard karyerasını İranda davam etdirəcək. Milli komandamızın üzvü "Fulad" klubuna keçib. Məlumatı Xuzestan təmsilçisinin mətbuat xidməti yayıb.

Təcrübəli futbolçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Əli Qurbani 2020-ci ilin yayından "Sumqayıt"da çıxış edirdi. O, başa çatan mövsümdə "kimyaçılar"ın heyətində meydana çıxdığı 27 oyunda 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right