"Qalatasaray" norveçli hücumçu transfer edəcək

Türkiyənin "Qalatasaray" klubu hücum xəttini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisi "Bodo Qlimt"in forvardı Ola Solbakkenin xidmətində maraqlıdır. "Sarı-qırmızılar" Norveç klubu ilə 6 aylıq müqaviləsi olan 23 yaşlı qolçunun keçidini yay transfer pəncərəsi zamanı tamamlamağı hədəfləyib.

Qeyd edək ki, Ola Solbakken 2020-ci ilin yanvar ayından "Bodo Qlimt"də çıxış edir. Norveç millisinin üzvü hazırda davam edən ölkə çempionatında meydana çıxdığı 5 matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah