Emil Balayevin komandası qələbə qazandı

Qazaxıstan Premyer Liqasında 15-ci turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, Azərbaycan milli komandasının qapıçısı Emil Balayevin çıxış etdiyi "Turan" səfərdə "Kaspi"nin qonağı olub. Matç Türküstan təmsilçisinin 2:0 hesablı qələbəsiylə başa çatıb.

Emil Balayev bu görüşün iştirakçısı olmayıb. 28 yaşlı qolkiper 90 dəqiqə ehtiyat oyunçular skamyasında əyləşib.

Xallarını 15-ə yüksəldən "Turan" turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right