"Beşiktaş" konqolu hücumçu transfer edir

"Beşiktaş" heyətini yeni hücumçu ilə gücləndirməyə yaxındır.

Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisi "Standard"ın forvardı Cekson Mulekanı transfer edəcək. "Qara qartallar" Belçika təmsilçisi ilə 22 yaşlı qolçunu birdəfəlik almaq maddəsi ilə 1 illik icarəyə götürməklə bağlı razılıq əldə edib.

Konqolu futbolçu 28 iyun tarixində İstanbula gedərək "Beşiktaş"la müqavilə detallarını müzakirə edəcək.

Qeyd edək ki, Cekson Muleka başa çatan mövsümün ikinci yarısını icarə əsasında "Kasımpaşa"da keçirib. O, Türkiyə klubunun heyətində meydana çıxdığı 15 Super Liqa matçında 12 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right