"Cəbrayıl" UEFA Region Kubokunda mübarizəni dayandırdı Yenilənib

UEFA Region Kubokunda mübarizə aparan “Cəbrayıl”  bu gün ilkin seçmə mərhələnin 2-ci qrupunda növbəti oyununa çıxıb.

Newsport.az-ın məlumatına görə, təmsilçimiz Şamaxı şəhər stadionunda keçirilən oyunda Belarusun “Kolos” komandası ilə qarşılaşıb. Oyun rəqibin 6:2 hesablı qəlbəsi ilə başa çatıb. 

Bu komandalar arasında iyunun 24-də keçirilən ilk qarşılaşma 2:1 hesabı ilə Belarus təmsilçisinin xeyrinə başa çatıb. 

Beləliklə, Azərbaycan təmsilçisi turnirlə vidalaşıb. "Kolos" isə finala yüksəlib. Belarus klubu finalda 1-ci qrupun qalibi ilə üz-üzə gələcək. Bu ya, Gürcüstanın “Basiani”,klubu ya da Estoniya təmsilçisi “Tallinna Zapoos” olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right