2023 ədəd dönər kababı

“Herta”nın futbolçusu Kevin-Prins Boatenq klubla müqaviləsinin uzadılması münasibəti ilə qeyri-adi addım atıb.

Newsport.az-ın məlumatına görə, 35 yaşlı yarımmüdafiəçi Berlin komandasının azarkeşləri üçün 2023 ədəd dönər kababı sifariş edib.

Kabablar “Herta”nın yeni mövsümdəki ilk oyunundan bir gün əvvəl paylanacaq. Paytaxt təmsilçisi iyulun 31-də “Ayntraxt”la qarşılaşacaq.

Kevin-Prins Boatenq “Herta” ilə 30 iyun 2023-cü ilədək müqavilə bağlayıb. O, ötən mövsüm 20 oyuna çıxsa da, fərqlənə bilməyib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right