Poqba "Mançester Yunayted"in təklifini rədd etdi

Bir həftə sonra "Mançester Yunayted"lə  müqaviləsi başa çatan Pol Poqba komandanı tərk edəcək.

 

Newsport.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi "qırmızı şeytanlar"ın yeni müqavilə təklifini qəbul etməyib. Fransa millisinin üzvü ona təklif edilən həftəlik 300 min funt-sterlinqin az olduğunu bildirib və rədd edib.

 

Pol Poqbanın karyerasını "Yuventus"da davam etdirəcəyi gözlənilir. İtaliya mətbuatının yazdığına görə, tərəflər 4 illik müqavilə ilə bağlı razılıq əldə edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right