“Real” hücumçusunu İtaliyaya göndərir

“Fiorentina” hücumçu Luka Yoviçin icarəsi üçün “Real”la danışıqları davam etdirir.

Newsport.az-ın məlumatına görə, Madrid klubu 24 yaşlı serb futbolçuya maaşının yarısını verməyə hazırdır.

Xəbərdə bildirilir ki, hücumçu artıq Florensiya klubuna keçidə razılaşıb.

Joviç ötən mövsüm “Real”ın heyətində bütün turnirlərdə 19 oyunda 1 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyun 2025-ci ilə qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right