Türkiyə klubu "Fiorentina"nın təklifini qəbul etmədi

İtaliyanın "Fiorentina" klubu Türkiyə millisinin keçmiş üzvü Emre Moru transfer etmək istəyir.

Newsport.az-ın məlumatına görə, Florensiya təmsilçisi 25 yaşlı vinger üçün onun çıxış etdiyi "Fatih Karagümrük"ə rəsmi təklif göndərib. İstanbul klubu italyanların 3,5 milyon avroluq təklifini qəbul etməyib. 

"Fiorentina"nın növbəti təkliflə Super Liqa təmsilçisinə müracəit edəcəyi gözlənilir.

Qeyd edək ki, Emre Mor "Fatih Karagümrük"ün heyətində başa çatan mövsümdə meydana çıxdığı 29 matçda 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right