"Siti" 5-dən çox təklifi birbaşa rədd etdi

"Mançester Siti" futbolçusu Xulian Alvares üçün gələn 5-dən çox təklifi rədd edib.

Newsport.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb. 22 yaşlı hücumçunu heyətinə qatmaq istəyənlər arasında İngiltərə Premyer Liqası təmsilçiləri də var. Lakin "şəhərlilər" heç bir halda Xulianı buraxmaq niyyətində deyil. Klub bu təkliflərə birbaşa rədd cavabı verib.

Qeyd edək ki, Alvares bu ilin əvvəlində "River Pleyt"dən "Masnçester Siti"yə keçib. Lakin o, iyulun 7-dək icarə əsasında "River Pleyt"də oynamalıdır.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right