"Real" onlara yeni müqavilə təklif etməyib

Marko Asensio və Dani Sebalyos bu yay "Real"ı tərk edə bilər.

Newsport.az "Marca"ya istinadən xəbər verir ki, sözügedən futbolçular Madrid təmsilçisindən müqavilələrini uzatmaq üçün təklif almayıb. Onların hazırkı müqavilələri 2023-cü ilin yayında başa çatır.

Həm Asensio, həm də Sebalyos müntəzəm olaraq oynamaq istəyirlər. Onlar 2022-ci il dünya çempionatı üçün İspaniya yığmasına çağrılmağı hədəfləyirlər. Futbolçular "Real"da buna nail olmağın çətin olacağını başa düşürlər.

"Kral klubu"unun Asensio və Sebalyos üçün göndəriləcək təklifləri nəzərdən keçirməyə hazır olduğu vurğulanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right