"Portu" hücumçusunu "Mançester Yunayted"də satmaqdan imtina etdi

"Portu" braziliyalı hücumçusu Evanilsonu "Mançester Yunayted"ə satmaqdan imtina edib.

Newsport.az "O Jogo"ya istinadən xəbər verir ki,  Mançester klubu 22 yaşlı braziliyalı futbolçu üçün təxminən 60 milyon avro təklif etsə də, Portuqaliya klubu bu təklifi müsbət cavablandırmayıb. "Portu"nun gənc oyunçu üçün 80 milyon avro tələb etdiyi bildirilir. 

Qeyd edək ki, "qırmızı şeytanlar" braziliyalının transferi üçün "Portu"ya daha bir təklif etməyə hazırlaşır.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right