Qvardioladan Bernardo Silva açıqlaması

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola yarımmüdafiəçi Bernardo Silvanın gələcəyi haqda danışıb.

Newsport.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, o, portuqaliyalı oyunçunun Mançester təmsilçisində qalacağına inandığını deyib: "Amma "Barselona"da olduğum vaxtdan bəri həmişə dediyim kimi komandada qalmaq istəməyən oyunçuları istəmirəm. Amma fikrimcə, Bernardo ilə əməkdaşlıq davam edəcək”.

Qeyd edək ki, Silva ötən mövsüm İngiltərə Premyer Liqasında 35 oyunda 8 qol vurub, 4 qolun ötürməsini verib. Onun "Barselona"ya keçmək istədiyi ilə bağlı xəbərlər yayılmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right