Türkiyə milllisinin üzvü Acunun klubu ilə razılığa gəldi

Türkiyə millisinin üzvü Ozan Tufan karyerasını "Hall Siti"də davam etdirməyə yaxındır.

Newsport.az "The Athletic"ə istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi İngiltərə Çempionşip təmsilçisi ilə razılığa gəlib. Oyunçu ilə 2 və ya 3 illik müqavilə imzalanacaq. O, bu həftə sonunda klubun düşərgəsinə qoşulacaq.

Qeyd edək ki, "Hall Siti"nin sahibi “TV8” kanalının rəhbəri Acun Ilıcalıdır.

Xatırladaq ki, müqavilə ilə "Fənərbaxça"ya məxsus olan O.Tufan ötən mövsüm icarə əsasında "Uotford"da oynayıb.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right