Zidan nəvəsinin ona "baba" deməsini istəmir

Ötən ay nəvəsi dünyaya gələn "Real"ın sabiq baş məşqçisi Zinəddin Zidan yaşlandığını qəbul etmir.

Newsport.az xəbər verir ki, 50 yaşlı keçmiş futbolçu nəvəsinin ona "baba" deməsini istəmir. O, bununla bağlı "Telefoot"a danışarkən deyib:

"Özümü baba kimi necə hiss edirəm? Mənə xatırlatdığınız üçün təşəkkür edirəm. Mən babayam, babayam... Nəvəm mənə belə deməyəcək. Onda ona cavab verməyəcəyəm".

Xatırladaq ki, Zinəddin Zidan 2021-ci ilin yayından - "Real"dan ayrıldıqdan sonra klubsuzdur. O, Madird klubu ilə 11 kubok qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right