"Atletiko" Belçika millisinin futbolçusunu razı saldı

"Atletiko" heyətinə yeni futbolçu cəlb etməyə yaxındır.

Newsport.az-ın məlumatına görə, Madrid təmsilçisi müqaviləsinin müddəti bitdikdən sonra "Borussiya"dan (Dortmund) ayrılan yarımmüdafiəçi Aksel Vitselin transferini yekunlaşdırmaq üzrədir. Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb. Belçikalı futbolçunun transferinin yaxın saatlarda rəsmən açıqlanması gözlənilir.

Aksel Vitsel 2008-ci ildən Belçika millisinin şərəfini qoruyur. O, yığma komandanın heyətində 124 oyunda meydana çıxıb.

Qeyd edək ki, 33 yaşlı oyunçu 2018-ci ildən çıxış etdiyi Dortmund klubunda 145 matçda 13 qolla yadda qalıb. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right