Dünya çempionatı: Azərbaycanın aerodans komandası finala yüksəlib

Azərbaycanın aerodans komandası Portuqaliyanın Qimarayeş şəhərində keçirilən aerobika gimnastikası üzrə dünya çempionatında finala yüksəlib.

Newsport.az xəbər verir ki, Vladimir Dolmatov, Mədinə Mustafayeva, Ayxan Əhmədli, Xədicə Quliyeva, Rauf Hacıyev, Nigar Mircəlali və Nəzrin Mustafayevadan ibarət kollektiv təsnifat mərhələsində hakimlərdən 17.150 xal alaraq 5-ci yeri tutub.

Komanda bu nəticə ilə finala vəsiqə qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right