"Real"ı tərk edir

"Real"ın və Serbiya millisinin hücumçusu Luka Yoviç yayda klubu tərk edəcək.
 
Newsport.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Yoviçi "Fiorentina" heyətinə qatmaq istəyir. Lakin İtaliya təmsilçisi 24 yaşlı hücumçunun maaşını ödəməkdə çətinlik çəkə bilər. Yoviçin illik məvacibi 6 milyon avrodur. Buna baxmayaraq, o, Madrid klubundan ayrılmaq qərarına gəlib.
 
Qeyd edək ki, Yoviç 2019-cu ilin yayında 63 milyon avro qarşılığında "Ayntraxt"dan "Real"a keçib.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right