"Yuventus" Mattia De Şilyonu başqa komandaya buraxmayacaq.
Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "qoca sinyora" müdafiəçi ilə müqavilə müddətini uzadıb.
Belə ki, yeni sazişə əsasən italiyalı futbolçu 2025-ci ilə qədər Turin klubuna məxsus olacaq.
29 yaşlı futbolçu 2011-2017-ci illərdə “Milan”da oynadıqdan sonra “Yuventus”a keçib.