“Qalatasaray”ın sabiq futbolçusu “Fənərbaxça”da

"Fənərbaxça” heyətini yeni oyunçu ilə gücləndirib.

Newsport.az xəbər verir ki, Superliqa təmsilçisi Niderlandın PSV klubunun yarımmüdafiəçisi Brumanı heyətinə qatıb.

Bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb. Portuqaliyalı vinger qarşıdakı mövsümün sonuna kimi icarə əsasında Türkiyə klubunda çıxış edəcək.

Qeyd edək ki, Bruma 2019-cu ildən PSV-də çıxış edir. Portuqaliya yığmasının sabiq üzvü 2020/21 mövsümündə Yunanıstanın “Olimpiakos” klubunda da icarədə oynayıb. “Sportinq”in yetirməsi olan 27 yaşlı futbolçu 2013-2017-ci illər aralığında “Qalatasaray”da forma geyinib.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right