Millimizin hücumçusu yeni mövsümə İngiltərə klubunda hazırlaşacaq

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov başa çatan mövsüm formasını geyindiyi "Tondela"dan ayrılıb.

Newsport.az xəbər verir ki, Portuqaliya klubu Primeronu tərk etdiyinə görə bu komandada qalası olmayıb.

Məlumata görə, forvard məxsus olduğu "Vulverhempton"un düşərgəsinə yollanacaq.

Dadaşov iyulun 4-də İngiltərə klubunda məşqlərinə başlayacaq. Yeni mövsüm "Vulverhempton"da hazırlaşacaq Renatın 2022/2023 sezonunda hansı klubda oynaması daha sonra dəqiqləşəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right