Kompani rəsmən İngiltərə klubunda

“Mançester Siti”nin keçmiş futbolçusu, belçikalı mütəxəssis Vensan Kompani “Bernli”nin yeni baş məşqçisi təyin olunub.

Newsport.az xəbər verir ki, bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.

36 yaşlı Kompani daha əvvəl “Anderlext”i çalışdırıb. O, ötən ay Belçika klubunun baş məşqçisi vəzifəsindən istefa verib.

“Bernli” 2022/2023 mövsümündə Çempionşipdə çıxış edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right