"Bavariya" Levandovskiyə qiymət qoydu

"Bavariya" futbolçusu   Robert Levandovskiyə qiymət qoyub.

Newsport.az "Catalunya Radio"ya istinadən xəbər verir ki, Münhem təmsilçisi polşalı hücumçunu ən azı 50 milyon avroya satmaq istəyir. Onun satışından əldə olunan gəlir "Liverpul"un oyunçusu Sadio Manenin transferinə xərclənəcək.

Daha əvvəl "Barselona" Levandovski üçün 32 milyon avro təklif etsə də, rədd cavabı almışdı.

Qeyd edək ki, polşalı oyunçu ötən mövsüm Bundesliqada 34 matçda 35 qol vurub və 3 qolun ötürməsini verib.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right