Pike 100 faiz futbola köklənməsə, oynamayacaq

"Barselona"nın baş məşqçisi Xavi şəxsi problemlərin Jerard Pikenin klubdakı çıxışına təsir edə biləcəyini düşünür.

Newsport.az xəbər verir ki, bu barədə "Mundo Deportiv" məlumat yayıb. Bildirilib ki, mütəxəssis Pike ilə söhbətində onun şəxsi həyatındakı vəziyyətinin necə olduğu, (oyunçu və müğənni Şakira 12 illik münasibətinə bu yaxınlarda son qoyublar -red), zədələrdən sonrakı vəziyyəti və motivasiya haqqında soruşub. Xavi oyunçuya 100 faiz futbola  köklənməsə,  klubda oynamayacağını söyləyib. Məşqçi onu da vurğulayıb ki, Pike mötədil həyat tərzi sürməli, biznes fəallığını azaltmalı və ən əsası maaşını azaltmalıdır.

Pike baş məşqçiyə komandada qalmaq və məşqçiyə səhv etdiyini göstərmək istədiyini bildirib. İspan futbolçu hesab edir ki, klub kiminlə müqavilə imzalamasından asılı olmayaraq, o, "Barselona"nın ən yaxşı müdafiəçisi ola bilər. 

Jerar  Xavini şəxsi problemlərin onun oyununa təsir etməyəcəyinə inandırıb və həmçinin bildirib ki, hazırda onun motivasiyası 2008-ci ildə "Barselona"ya keçdiyi vaxtdan da yüksəkdir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right