"Çelsi" futbolçusu Billi Gilmoru komandada saxlamağa qərar verib.
Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, London təmsilçisi şotlandiyalı futbolçu ilə müqaviləni yeniləyib. Onunla 2024-cü ilin yayına qədər nəzərdə tutulmuş sözləşmə imzalanıb.
Qeyd edək ki, 21 yaşlı oyunçu 2020-ci ilin fevralından "zadəganlar"ın əsas komandasında çıxış edir. Şotlandiyalı yarımmüdafiəçi geridə qalan mövsümü icarə əsasında "Norviç"də keçirib. O, klubla 28 matçda meydanda olub.