Braziliyalı futbolçu "Fənərbaxça" ilə müqavilə imzalamaq üçün İstanbula getdi

Türkiyənin "Fənərbaxça" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, "sarı-lacivərtlilər" Portuqaliyanın "Santa Klara" klubundan yarımmüdafiəçi Linkoln Enrikeni heyətinə cəlb edib. Bu barədə Super Liqa klubunun rəsmi saytı məlumat yayib.

Braziliyalı futbolçu "kanarya" ilə müqavilə imzalamaq üçün İstanbula gedib.

Linkoln Enrike başa çatan mövsümdə "Santa Klara"nın heyətində meydana çıxdığı 44 matçda 7 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right