"Bavariya" "Ayaks"ın daha bir futbolçusunu transfer etdi

"Bavariya" heyətini daha bir futbolçu ilə gücləndirib.

 

Newsport.az "Bild" nəşrinə istinadən xəbər verir ki, bu barədə Münhen təmsilçisinin idman direktoru Hasan Salihamiciç danışıb. Klub rəsmisi "Ayaks"ın yarımmüdafiəçisi Rayan Qravenberxi transfer etdiklərini açıqlayıb:

 

"Rayanla müqavilə imzalandı. Artıq bu transfer həyata keçirilib. Rayanın klubumuzda olmasından məmnunuq. O, Avropanın ən istedadlı gənclərindən biridir. Onu transfer etmək istəyənlər çox idi".

 

20 yaşlı futbolçu 2018-ci ildən çıxış etdiyi Amsterdam təmsilçisində 103 oyunda 12 qolla yadda qalıb.

 

Qeyd edək ki, "Bavariya" daha əvvəl "Ayaks"dan mərakeşli müdafiəçi Nussair Mazrauini transfer edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right