"Təkcə Bakıda deyil, hər yerdə çətin olacaq" - Belarus millisinin baş məşqçisi

Belarus millisinin baş məşqçisi Georgi Kondratyev Millətlər Liqasının 4-cü turunun Azərbaycana qarşı keçiriləcək oyunu barədə danışıb. 

Newsport.az yerli federasiyaya istinadən xəbər verir ki, millinin çalışdırıcısı Bakıda keçiriləcək görüşün çətinliyindən söz açıb: 

"Düşünürəm ki, təkcə Bakıda deyil, hər yerdə çətin olacaq. Çox təəssüf ki, evdə oynamırıq. Psixoloji cəhətdən futbolçular üçün çox çətindi. Mən bunu görürəm və bacardığım qədər onlara dəstək oluram. Biz onlarla işləyirik, amma evdə oynamamaq, çox çətindi".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right