Əvvəl İslam dinini qəbul etdi, sonra adını dəyişdi

“Arsenal”ın yarımmüdafiəçisi Tomas Parti adını dəyişib.

Newsport.az “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, o, mərakeşli Sara Belle ilə ailə həyatı qurduqdan sonra bu addımı atıb. Şərqi Qanada xristian ailəsində doğulan Parti 2022-ci ilin əvvəlində İslam dinini qəbul edib. Toyu zamanı isə 28 yaşlı yarımmüdafiəçi Yaqub adını götürüb. Bununla belə,  “Arsenal” formasında futbolçunun köhnə adı yazılır.

Qeyd edək ki, 2020-ci ildə “Atletiko”dan “Arsenal”a keçən Parti Qana millisinin üzvüdür.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right