Futbolda görünməmiş rəzalət

Cənubi Afrikadakı iki futbol matçı hamını şoka salıb.

Newsport.az goal.com-a istinadən xəbər verir ki, 2-ci liqaya yüksəlmək üçün mübarizə aparan “Matiyasi” “Nsami Mighty Birds”lə oyunda 59:1 hesabı ilə qələbə qazanıb. Amma təəccübə səbəb olan təkcə bu heyrətamiz hesabın qeydə alınması olmayıb. Məsələ burasındadır ki, bu 59 qoldan 41-ni rəqib futbolçular öz qapılarına vurublar.

3-cü yerdə olan “Matiyasi”nin üst liqaya vəsiqə qazanması üçün ona 18 top fərqli ilə qalib gəlməsi tələb olunub. Amma onlar rəqibi 58 top fərqi ilə məğlubiyyətə uğradıb. Oyundan sonra yerli futbol federasiyası araşdırma apararaq hər iki komandanın matçın nəticəsini əvvəlcədən razılaşdırdığı qənaətinə gəlib və bu klubları ömürlük bütün yarışlardan kənarlaşdırıb.

Lakin liqada danışılmış oyun təkcə bu oyunla bitməyib. “Matiyasi” ilə eyni xala malik, amma daha az qol fərqli olan digər komanda “Shivulani Dangerous Tigers” isə “Kototo Happy Boys”la görüşdə 33:1 hesabı ilə qələbə qazanıb. Bu oyunda isə rəqibin futbolçuları 7 dəfə avtoqol ediblər. Görüşdən sonra bu matçın da danışılmış olduğu ortaya çıxıb. Federasiyanın qərarı ilə bu iki klub da futboldan ömürlük uzaqlaşdırılıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right