Premyer Liqa klubu milli üzvü ilə gücləndi

İngiltərənin “Lids” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Newsport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Danimarka yığmasının müdafiəçisi Rasmus Kristenseni transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Avstriyanın “Zalsburq” klubundan transfer olunmuş 24 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Bu transferin İngiltərə klubuna 10 milyon avroya başa gəldiyi iddia olunur.
 
Kristensen geridə qalan mövsümdə “Zalsburq”un heyətində 44 oyuna çıxıb, 10 qol vurub, 8 məhsuldar ötürmə müəllifi olub. O, Danimarka yığmasında 6 oyun keçirib. Müdafiəçi daha öncə Danimarkanın “Midtyulland” və Niderlandın “Ayaks” klublarında da çıxış edib.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right