Məşhur forvard hazırki klubunda qalacaq

"Rayo Valyekano" Radamel Falkaonu gələn mövsüm üçün də komandada saxlayacaq.

Newsport.az xəbər verir ki, rəhbərlik kolumbiyalı hücumçu ilə müqavilə müddətini uzadacaq.

Təcrübəli hücumçu müqaviləyə əsasən daha 1 il hazırki klubunun formasını geyinəcək. Falkao 2021-ci ildə “Rayo Valyekano”ya keçib. 36 yaşlı kolumbiyalı ötən mövsüm La Liqada 22 matçda forma geyinib və 6 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right