Mahir Emrelinin klubu yeni hücumçu transfer etdi

Xorvatiyanın “Dinamo” klubu yeni hücumçu transfer edib.

Newsport.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb təmsilçisi “Riyeka”nın forvardı Yosip Drmiçi heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı hücumçu ilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Drmiç liqanın ikinci bombardiridir. O, ötən mövsüm “Riyeka” forması ilə 21 qola imza atıb.

Yeni hücumçu transferindən sonra Mahir Emrelinin “Dinamo”dakı aqibətinin necə olacağı maraq doğurur. Millimizin üzvü Drmiçdən başqa, Bruno Petkoviç və Mislav Orşiçlə də rəqabət aparmalıdı. Ancaq Xorvatiya mətbuatının yazdığına görə, baş məşqçi Ante Çaçiç Mahiri cinahda oynatmağı düşünür. Xorvatiyalı həmkarlarımız “Dinamo”nun ehtimal olunan “11-liy”ini belə təqdim edib:





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right