Veşoviç oynamadı, Monteneqro uduzdu

"Qarabağ"ın futbolçusu Marko Veşoviçin də çıxış etdiyi Monteneqro millisi növbəti oyununu keçirib.

Newsport.az xəbər verir ki, komanda Millətlər Liqasının qrup mərhələsinin 2-ci turunda Finlandiya ilə qarşılaşıb. Monteneqro rəqibinə 0:2 hesabı ilə uduzub. Marko Veşoviç bu dəfə sonadək ehtiyatda qalıb.

Qeyd edək ki, B liqasının 3-cü qrupunda xalını 4-ə çatdıran Finlandiya millisi liderdir. Monteneqro 3 xalla 2-cidir. Turun digər matçında 1 xala malik Bosniya və Herseqovina xalsız Rumıniyanı qəbul edəcək.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah