"Məğlubiyyətin acı xatirəsi qalıb"

Belarus millisinin müdafiəçisi Ruslan Xadarkeviç Millətlər Liqasının C3 qrupunun 2-ci turunun Azərbaycanla Serbiyanın Novi Sad şəhərində keçiriləcək oyunu haqda danışarkən, ötən il Minskdə keçirilmiş yoldaşlıq matçını (1:2) xatırladıb.

Newsport.az xəbər verir ki, belaruslu futbolçunun federasiyasın rəsmi saytına verdiyi açıqlamadan hiss olunur ki, ötənilki məğlubiyyəti hələ də unutmayıb: 

"Məğlubiyyətin acı xatirəsi qalıb. Uduzduğumuza görə onlara "borcumu" qaytarmaq istəyirəm. Ancaq ilk növbədə özüm-özümü reabilitasiya etməliyəm. Sadəcə olaraq, debüt oyununda məğlubiyyət nədənsə adama çox təsir edir".

Xatırladaq ki, millimizin qələbəsilə başa çatan yoxlama görüşündə Xadarkeçiv Belarus yığmasında debüt etmişdi.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah