Haalandla Miloşeviç arasında qalmaqal

Norveç millisinin hücumçusu Erlinq Haalandla İsveç yığmasının oyunçusu Aleksander Miloşeviç arasında qalmaqal yaşanıb.

Newsport.az xəbər verir ki, hadisə dünən keçirilən Millətlər Liqasının Norveç – İsveç oyununda (2:1) baş verib. Bu görüşdə Haaland dubl edərək komandasına qələbə qazandırıb.

Futbolçu oyundan sonra verdiyi açıqlamada Miloşeviçin onu təhqir etdiyini söyləyib: “O, məni fahişə adlandırdı. Amma mən əminliklə deyə bilərəm ki, bu, belə deyil. İkincisi, dedi ki, sənin ayağını sındıracağam. Bundan dəqiqə yarım sonra isə qol vurdum. Hər şey əla idi (gülür)”.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah