Millinin oyununa çıxmaqdan imtina etdilər

Futbol üzrə Kanada millisinin futbolçuları Panama ilə yoxlama oyununa çıxmaqdan imtina ediblər.

Newsport.az xəbər verir ki, bu matç iyunun 5-də keçirilməli idi. “The Athletic”in yazdığına görə, oyun  ərəfəsində milli üzvləri ilə federasiya rəhbərliyi arasında qalmaqal yaşanıb. Buna səbəb DÇ-2022-yə vəsiqə qazanan komandaya mükafatların düzgün bolüşdürülməməsi səbəb olub. Futbolçular tələb edir ki, federasiyaya ayrılan ümumi mükafatın 40 faizi onlara ayrılsın. 

Bildirilib ki, ötən həftənin cümə və şənbə günü futbolçular məşqə, bazar günü isə Panama ilə oyuna çıxmaqdan imtina ediblər. Futbolçular federasiyadan teleyayım və sponsorluğa görə müqavilələrə yenidən baxmağı tələb ediblər.

Qeyd edək ki, daha əvvəl Kanada millisi İranla yoxlama oyunundan da imtina edib.

Milli üzvləri yaydığı bəyanatda federasiya rəhbərliyini onlara hörmətsizlik etməkdə günahlandırıb. Onlar bu hadisəyə görə azarkeşlərdən üzr istəyib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right