İngiltərə milli komandasının heyətində ciddi itki baş verib.
Newsport.az-ın məlumatına görə, yarımmüdafiəçi Fil Foden koronavirusa yoluxub. "Mançester Siti"nin futbolçusu millinin düşərgəsindən kənarlaşdırılıb.
Fil Foden İngiltərənin Millətlər Liqasında səfərdə Macarıstanla keçirəcəyi matçı buraxacaq. Qarşılaşma bu gün Bakı vaxtilə saat 20:00-da start götürəcək.