Belaruslu futbolçu: "Azərbaycanın məğlubiyyəti gözlənilməz olmadı"

Belarus millisinin müdafiəçisi Sergey Politeviç Millətlər Liqasının qrup mərhələsinin Qazaxıstan - Azərbaycan (2:0) görüşü barədə danışıb.

Newsport.az Belarus Futbol Federasiyasına istinadən xəbər verir ki, 32 yaşlı futbolçu millimizin "Astana Arena"dakı məğlubiyyətini şərh edib:

"Azərbaycanın məğlubiyyəti gözlənilməz olmadı. Oyundan əvvəl də demişdim ki, qrupda Slovakiya reytinqinə və oyununa görə hamıdan öndədi. Amma bizimlə matçda bu, heç də çox hiss edilmədi. Qalan digər üç komanda eyni səviyyədə mübarizə aparacaq. Növbəti oyunu evdə oynayırıq və qalib gəlmək lazımdı".





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah