“Kiyevdə min, Bakıda iyirmi üç min maaş alırdım”

Bir vaxtlar “İnter”də (hazırda “Şamaxı”) çıxış etmiş Mixal Makovski Azərbaycandakı gəliri haqda açıqlama verib.

Newsport.az xəbər verir ki, Belarus millisinin sabiq üzvü football.by saytına müsahibəsində Bakı və Kiyevdəki həyatı barədə müqayisə apararkən deyib:

“Mənə “Dinamo”da min dollar verirdilər. Bakıda, “İnter”də isə maaşım yüksək idi: 23 min dollar. Mükafata gəlincə, “İnter”də dörd günlük istirahət verəndə Kiyevə ailəmin yanına gedirdim. Klub bizim üçün 8 pulsuz uçuş təşkil edirdi. Qələbə oyunundan sonra Ukraynadan Bakıya qayıdanda bazadakı yatağımın üstünə konvert qoyulurdu. İçində də 500 dollar. Ən maraqlısı isə bu idi ki, orada içmirdik. Bakıda hava o qəsər isti idi ki, içsən “uça” bilərdin. +50 dərəcə. Otaqda kondisionerin olmasa, əziyyət çəkirdin. Bizim birinci məşqimiz səhər saat 6-da, ikinci isə axşam 9-dan sonra olurdu”.

Qeyd edək ki, 45 yaşlı veteran futbolçu 2005/06 mövsümündə “İnter”də çıxış edib. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right