Britaniya imperiyasının ordeni ilə təltif edildi

“Mançester Yunayted”in sabiq müdafiəçisi Rio Ferdinand Britaniya imperiyasının ordeni ilə təltif edilib.

Newsport.az klubunun rəsmi saytına istinadən xəbər verir ki, 43 yaşlı keçmiş futbolçu Böyük Britaniya kraliçası II Yelizavetanın ad günündə mükafatlandırdığı şəxslər siyahısına daxil edilib.

Keçmiş müdafiəçi futbolda və xeyriyyəçiliyə xidmətlərinə görə “Zabit ordeni” alıb.

Qeyd edək ki, Ferdinand “Mançester Yunayted”də 455 oyun keçirib. 2012-ci ildə o, xeyriyyə fondu təsis edib. Fond 10 000-dən çox insana yardım edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right