Premyer Liqa klubu Braziliya millisinin üzvünü transfer etdi

İngiltərənin "Aston Villa" klubu heyətini yeni futbolçu ilə gücləndirib.


Newsport.az xəbər verir ki, Birmingem təmsilçisi "Sevilya"dan Dieqo Karlosu rənglərinə bağlayıb. Bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb.


"Aston Villa" 29 yaşlı müdafiəçi ilə 4 illik müqavilə imzalayıb. Klub bu keçid üçün qarşı tərəfə 31 milyon avro təzminat ödəyib.


Dieqo Karlos 2019-cu ildən "Sevilya"da çıxış edirdi. Braziliya millisinin üzvü başa çatan mövsümdə Əndəlus təmsilçisinin heyətində meydana çıxdığı 45 matçda 3 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right